İtaliyanın baş naziri Giorgia Meloni Parisdə keçirilən sammitin nəticələrindən narazı qalıb.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Meloni hesab edir ki, Fransa lideri Emmanuel Makronun seçdiyi sammit formulu düzgün deyil. O, qeyd edib ki, Brüssel bu tip tədbirlərin keçirilməsi üçün daha əlverişli məkandır.

Qəzetin yazdığına görə, Meloni ABŞ-nin vitse-prezidenti J.D.Vensin Avropa üçün daha çox müstəqilliyin zəruriliyi ilə bağlı mövqeyini dəstəkləyir. Bundan əlavə, İtaliyanın baş naziri bu cür tədbirlərin Ukraynadakı münaqişəyə son qoymaq məsələsində Amerika lideri Donald Trampla əməkdaşlığa yönəlməsini müdafiə edir.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk  bəyan etmişdi ki, Parisdə keçirilən sammitdə Ukrayna münaqişəsi ilə bağlı heç bir qərar qəbul edilməyib.

Fevralın 16-da məlum olub ki, Fransa prezidenti Emmanuel Makron Avropa liderlərini ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsi ilə bağlı yaratdığı problemləri müzakirə etmək üçün Parisdə fövqəladə sammitə dəvət edib.

Gülayə Mecid