"Sabah Ukrayna Aİ və NATO-ya üzv olarsa, daha mənə lazım olmayacaq".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski alman jurnalist Sandra Meişberqerə müsahibəsində deyib.

"Ukraynada sülh üçün hər şeyi etməyə hazıram. Təbii ki, Rusiya məndən qurtulmaq istəyir. Ola bilsin ki, müharibənin əvvəlində etməyə çalışdıqları kimi fiziki yox, siyasi baxımdan. Mən Putin üçün çox əlverişsiz insanam. Biz bir-birimizi tanıyırıq. Sabah Ukrayna Aİ və NATO-ya üzv olarsa, mənə daha lazım olmayacaq. Amma bu baş verənə qədər ölkəmi müdafiə edəcəm", - o qeyd edib.

Zelenski həmçinin bildirib ki, istənilən halda Ukrayna səbrli olmalı, dövlətçiliyini və suverenliyini qorumalıdır.

Ağarza Elçinoğlu