Çin məhkəməsi Çin Sənaye və Ticarət Bankının (ICBC) keçmiş vitse-prezidenti Zhang Honglini edam cəzasına məhkum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məhkəmə ona edama qədər iki illik möhlət verib. 

Müəyyən edilib ki, 2011-2022-ci illər arasında müttəhim vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərə və təşkilatlara kreditlərin verilməsinə və vəzifə bölgüsünə köməklik edib. Bunun müqabilində o, qanunsuz olaraq 177 milyon yuan (təxminən 24,8 milyon dollar) ekvivalentində əmlak alıb.

Zhang Honqli günahını etiraf edib və peşman olub, mənimsənilmiş pul və əmlak tam olaraq bərpa edilib.

Çin Sənaye və Ticarət Bankı (ICBC) ölkənin ən böyük kommersiya bankıdır və Çinin "Böyük Dördlük" banklarından biridir. 

Ağarza Elçinoğlu