Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhədini keçərək Ukrayna ərazisinə daxil olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, Putin Sankt-Peterburqda pilotsuz təyyarələr istehsal edən zavoda səfəri zamanı jurnalistlərə deyib:

“Sözün əsl mənasında bir saat əvvəl mənə çatan son məlumat odur ki, bu gecə 810-cu briqadanın qırıcıları Rusiya Federasiyası ilə Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar”.

O, rus qoşunlarının bütün döyüş təmas xətti boyunca irəlilədiyini bildirib.