ABŞ Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Vaşinqtona səfərlərini gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valts Fox News-a müsahibəsində bildirib.

O qeyd edib ki, bu yaxınlarda 7 Amerika rəsmisi Avropa müttəfiqləri ilə vəziyyəti müzakirə etmək üçün Münhen də daxil olmaqla Avropaya səfər edib. Vals əlavə edib ki, Makron və Starmerlə qarşıdakı görüşlər münaqişənin həlli üzrə gələcək işlərə kömək edəcək və növbəti addım məsələləri daha ətraflı müzakirə etmək üçün texniki qrupların yaradılması olacaq.