Moskvada S.A.Lebedev adına Hesablama Texnologiyaları İnstitutunun binasında yanğın baş verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, yanğın sahəsi 1,5 min kvadratmetri əhatə edir. 

Hadisə nəticəsində Varşavskoe Şossedə binanın dam örtüyü uçub. 30 nəfər xilas edilib, yaralılarla bağlı məlumat yoxdur. 

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.