İtaliya Senatı “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnaməni qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyada işgüzar səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb. 

"Mən bugünkü müzakirələrə, görüşlərə və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlara görə italiyalı tərəfdaşlarımıza təşəkkür edirəm", - Simonyan sosial şəbəkə hesabında yazıb. 

Qətnamə 112 lehinə səslə yekdilliklə qəbul olunub. 

Ağarza Elçinoğlu