"Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib, əksinə, daha da dərinləşib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

"Təəssüf edirəm ki, Ermənistan hakimiyyəti bu istiqamətdə (Bakıda həbsdə olan separatçılarla bağlı - red.) heç bir iş görmür", - Ohanyan bildirib. 

Adı Azərbaycan Ordusunun cəmi bir neçə saata alt-üst etdiyi "Ohanyan" səddinə verilmiş keçmiş nazirin sözlərinə görə, separatçı rejim guya geri qayıdana qədər İrəvanda fəaliyyət göstərməlidir. 

Ağarza Elçinoğlu