"Nəzərinizə çatdırırıq ki, İrəvanda çətin hava şəraiti ilə əlaqədar Rusiyanın Ermənistandakı səfirinin avtomobili yol-nəqliyyat hadisəsi törədib".

"Unikal" xəbər verir ki,bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.

“Rusiya səfiri Kopırkin və sürücü yüngül xəsarətlər alıb. Onlara lazımi tibbi yardım göstərilib. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur", - deyə məlumatda qeyd edilir. 

*** 23:49

İrəvanda buzlu hava şəraiti səbəbindən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xidməti avtomobili qəzaya uğrayıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki,diplomat və sürücüsü xəstəxanaya aparılıb.

Məlumata görə, səfirin rəsmi “Toyota” markalı avtomobili 70 saylı məktəbiin yaxınlığındakı Sarı Tah ərazisində qəzaya düşüb.
Rusiya səfiri maşının arxa oturacağında əyləşib.

Hələlik əlavə məlumat yoxdur.