Mingəçevirdə maşın təmiri sexində yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində şəhərin tanınmış iri maşın təmiri sexlərindən birində baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğını lokallaşdıraraq söndürməyə imkan verib. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov