Gəncə şəhərində 17 yaşlı qız dəm qazından boğulub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. Şəhər sakini, 2008-ci il təvəllüdlü G.Salmanova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tural Əhmədov