Göygöldə 4 nəfərin qidadan zəhərlənib öldüyü ehtimal edilir.

"Unikal" xəbər verir ki, onlar rayonun Aşıqlı kəndinə bir günlük kirayə qalmaq üçün gəlibmiş və onlar həmin qaldıqları evdə  ölüblər. Məlumata görə, həmin şəxslər istirahət üçün gəlibmiş. Zəhərlənib ölənlər Kəlbəcər rayon sakinləri 1999-cu il təvəllüdlü Seymur Hüseynov onun iki bacısı 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova, 2004-cü il təvəllüdlü Xatirə Hüseynova  və onların qonşuları 1990-ci il təvəllüdlü Səbinə Müseyibovadır.

Faktla bağlı araşdırma aparılır.

Hadisə baş verən yerdən fotoları təqdim edirik:

Tural Əhmədov