Lənkəranda yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, yanğın hadisəsi 1961-ci il təvəllüdlü Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirvəsində qeydə alınıb. Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu, Murad Əliyev xəsarət alıb.
Xəsarət alan 64 yaşlı Z. Əliyevin xəsarəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN)-nin Lənkəran yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğın söndürənlər tərəfindən alovun tam evə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev