Gəncədə 41 yaşlı hamilə qadının ilkin ölüm səbəbi açıqlanıb.
TƏBİB-dən "Unikal"a bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
*** 09:38
Gəncədə doğuş zamanı qadın ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində Abbas Səhhət adına xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü Zülfiyyə Yusibova 31 həftəliklə xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb.
Məlumata görə, bu, Z.Yusibovanın birinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov