Yevlax şəhər orta məktəbində 9-cu sinif şagirdi intihara cəhd edib.

"Unikal" xəbər verir ki, o, intihar məqsədilə özünü  təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən yerə atmağa çalışıb. Sinif yoldaşları və təhsil müəssisəsi əməkdaşlarının müdaxiləsi nəticəsində intihar hadisəsinin qarşısı alınıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəbin 9-cu sinif şagirdi bacısı ilə telefon əlaqəsi saxlamaq istədiyini söyləyərək sinif otağından dəhlizə çıxıb. Bu zaman o, özünü məktəbin 3-cü mərtəbəsindən yerə atmağa çalışıb. Şagirdlə  məktəb psixoloqunun əlaqəsi yaradılıb, valideyəyinləri ilə söhbət aparılaraq övladları  üzərində nəzarətin gücləndirilməsi tövsiyyə olunub. Sonda şagird valideyni ilə evinə yola salınıb. Həmçinin baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov