Goranboyda 16 yaşlı qız dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Əhmədabad kəndində baş verib. 2009-cu il təvəllüdlü rayon sakini Qasımova Fidan Ramil qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanalıq olub. Həkimlərin çevik müdaxiləsi sayəsində zəhərlənən qızın durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov