Xəbər verdyimiz kimi, İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni Kanada Liberal Partiyasının liderliyinə seçkilərdə qalib gəlib. O, Kanadanın eks-baş naziri Castin Trüdonu əvəz edib. 

"Unikal" xəbər verir ki,  bunun fonunda Trüdo əşyaları ilə birlikdə iqamətgahını tərk etməyə başlayıb. 

"Reuters"in fotoqrafı Trüdonu İcmalar Palatasından çıxarkən kreslo ilə birlikdə lentə alıb. Məlum olub ki, esk-baş nazir kreslosunu da özü ilə birlikdə aparıb. 

"Trüdonun dilini çölə çıxarmış və əlində kreslo ilə əks etdirən görüntü tez bir zamanda sosial mediada yayıldı və burada həm tərəfdarlar, həm də tənqidçilər tərəfindən geniş şəkildə paylaşıldı", - KİV qeyd edib. 

Gülayə Mecid