Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

- təhlükə potensiallı obyektlərin siyahısını;

- təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını;