Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Report-a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, aktyorla vida mərasimi evində olacaq.

A.Həsənova vida və dəfn mərasimində medianin çəkiliş aparmamasını xahiş edib.

*** 21:01

Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə  APA-ya aktyorun ailə üzvləri bildirib. 

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.