Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.
***
10:09
Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələnin fəsadları nəticəsində ölənlərin sayı 1002-yə çatıb.
"Unikal" xəbər verir ki, Myanmanın Dövlət İdarə Şurası bu barədə açıqlama yayıb. Son məlumata görə 2376 nəfər xəsarət alıb, 30 nəfər isə itkindir. Axtarış-xilasetmə işləri davam edir.
***
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
***
Myanmada baş verən güclü nəticəsində ölənlərin sayı 144 nəfər çatıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.
Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.
*** 14:58
Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
"Unikal" xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
*** 12:16
Myanmada 7,7 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.
Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.