Qubada və Zaqatalada tarixi məbədlər məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, iddialara görə, Qubanın Qrız kəndində qədim qəbirlərin aşkar edildiyi ərazi Qrız kənd məktəbinin direktorunun və 3 müəllimin iştirakı ilə qanunsuz olaraq torpaqla örtülüb. Üstəlik, buna etiraz edən kənd sakini isə döyülüb.
Bundan başqa, Zaqatalada meşəlikdə yerləşən Pipan məbədini də dağıdıb böyük küpün içindəki kiçik küpləri çıxarıblar. Qalıqları hazırda məbədin yerində qalmaqdadır.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinin 4-cü hissəsinə əsasən tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalıdır.