İspaniya La Liqasında 32-ci turun oyunları davam edir.

"Unikal" xəbər verir ki, aprelin 20-də daha 4 matç keçirilib.

“Vilyarreal” – “Real Sosyedad” və “Sevilya” – “Alaves” matçlarında qalib müəyyənləşməyib. “Valyadolid” evdə “Osasuna”ya uduzub. “Real” “Atletik”i çətinliklə məğlub edib.

20 aprel

"Valyadolid" – "Osasuna" - 2:3
Qollar: Moro, 49. Silla, 66-pen – Budimir, 9; 60-pen. R.Qarsiya, 34.

"Vilyarreal" – "Real Sosyedad" - 2:2
Qollar: Pino, 7. A.Peres, 60 – Oyarsabal, 19-pen; 49.

"Sevilya" – "Alaves" - 1:1
Qollar: Peke, 12 – K.Qarsiya, 45+2.

"Real" – "Atletik" - 1:0
Qol: F.Valverde, 90+3.

Turnir cədvəlinə 73 xalla "Barselona" başçılıq edir. "Real" 69 xalla 2-ci, "Atletiko" 63 xalla 3-cüdür.