İndoneziyanın Qərbi Yava əyalətində köhnə sursatların utilizasiyası zamanı baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı İndoneziya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi mətbuat konfransında açıqlayıb.
Hadisə yerli vaxtla saat 09:30-da Qərbi Yava əyalətinin Qarut dairəsinin Saqara kəndində baş verib. Həlak olanlar arasında dörd hərbçinin və doqquz yerli sakinin olduğu bildirilir. Partlayış nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.