Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçirilib. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkil etdiyi tədbirdə Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov da iştirak edib. 

"Unikal" xəbər verir ki, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə edilib. Dünyanın ən məşhur kardiocərrahlarından Böyük Britaniyadan olan Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki fəxri qonaq kimi Konqresdə iştirak edib. 

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresindən yadda qalan anları təqdim edirik.