Mingəçevirdə idarəetmədən çıxan maşın şəhərin giriş qapısına çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevirin Xaldan şossesindən çıxış istiqamətində, şəhərin "Ala qapı" adlandırılan yerdə baş verib. Belə ki, "Prado" ilə toqquşan "Vaz 21011" markalı maşın daha sonra idarəetmədən çıxaraq şəhərin giriş qapısının  sütununa çırpılıb. Hadisə zamanı xəsarət alan "Vaz"ın sürücüsünə yerindəcə həkim briqadası tərəfindən zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov