Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisələrinin və obyektlərin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə 28,0 milyon manat proqnoza qarşı icra 37,6 milyon manat və ya 9,6 milyon manat (34,3 faiz), 2023-cü illə müqayisədə isə 6,3 milyon manat və ya 20,1 faiz çox olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.
Artım qüvvədə olan icarə müqavilələrinin sayının 2023-cü illə müqayisədə 32,0 faiz, o cümlədən torpaq sahələrinin icarəsi üzrə 42,0 faiz, qeyri-yaşayış sahələri üzrə 8,0 faiz artması ilə bağlıdır.
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 547,9 milyon manat olmuşdur ki, bu da 2023-cü illə müqayisədə 67,1 milyon manat və ya 14,0 faiz çoxdur.
Məqsədli büdcə fondlarının gəlirləri proqnozla nəzərdə tutulandan 33,5 milyon manat və ya 2,0 dəfə çox icra edilib.
Artıq icranın əsas səbəbi “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu” üzrə proqnozlaşdırılan daxilolmalarının gözləniləndən çox olması ilə əlaqədardır.
Anar Kəlbiyev