Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

"Unikal"ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

***16:48

Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, onun vəziyyətini həkimlər ağır qiymətləndirir.

xxx

16:40

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. 

Seymur Əli