Xəbər verdiyimiz kimi, "Nissan" markalı avtomobili idarə edən Goranboy Rayon Mərkəzi xəstəxanasının həkimi K.Abdullayeva yolu keçmək istəyən uşağı vurub.
"Unikal" həmin qəzanın görüntülərini təqdim edir
XXX
15:29
08.06.2025-ci il tarixində saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir.
*** 13:44
Goranboyda 2014-cü il təvəllüdlü Z.Bayramovanı avtomobillə vuran şəxs Kəmalə Abdullayevadır.
"Unikal"ın əldə etdiyi məlumata görə, "Nissan" markalı avtomobili idarə edən K.Abdullayeva Goranboy Rayon Mərkəzi xəstəxanasının həkimidir.
*** 12:15
Goranboyda piyada yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramova yolu keçmək istəyən zaman avtomobil onu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kaf olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov