Şəmkirdə 15 yaşlı oğlan ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Elman İsmayılov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, E.İsmayılov ehtiyatsızlıqdan ocağı yandıran zaman yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov