İsrail Müdafiə Qüvvələri (IDF) İranın daxili təhlükəsizlik qərargahını məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "Telegram" kanalında bildirib. O, hökumətlə əlaqəli hədəflərə zərbələrin davam etdiyini deyib.
Kats yazıb: "İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İran rejiminin daxili təhlükəsizlik qərargahını - İran diktatorunun mərkəzi repressiv orqanını məhv ediblər. Söz verdiyimiz kimi, biz güc simvollarına zərbələr endirməyə və Ayətullah rejimini hər yerdə vurmağa davam edirik".