Tovuzda dönərdən zəhərlənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 28 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

*** 20:42

Tovuzda dönərdən zəhərlənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 26 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

*** 20:19

25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. 

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Zəhərlənənlərdən biri hamilə qadındır.

*** 20:05

Tovuzda dönərdən zəhərlənlərin sayı getdikcə artır.

"Unikal" xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 22 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

*** 19:27

Tovuzda dönərdən kütləvi zəhərlənənlərin sayı 20-yə çatıb. 

"Unikal" xəbər verir ki, onların hamısı xəstəxanaya yerləşdirilib.

*** 19:10

25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib. 

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

*** 18:58

Tovuzda dönərdən kütləvi zəhərlənən şəxslərin kimlikləri  məlum olub.

"Unikal"ın  məlumatına görə, zəhərlənən şəxslər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova,1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan  Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cu il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-cı il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.

Hazırda onlara xəstəxanaya yardım edilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

*** 18:35

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Unikal"ın  məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Belə ki 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tural Əhmədov