Rus qoşunları bu gecə Kiyevə və Kiyev vilayətinə kütləvi hücuma keçib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
Bildirilir ki, hava hücumu həyəcanı təxminən 10 saat davam edib. Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə zərbələr endirib. Hazırda şəhərin bəzi küçələri bağlanıb.
Hücum nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.
Gülayə Mecid