Xəbər verdiyimiz kimi, Milli Təhlükəsizlik Xidmətinin qüvvələri Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan deputatı Qeqam Manukyanın evində axtarış aparıb.
"Unikal" xəbər veir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Axtarışlar zamanı deputatın oğlu saxlanılıb.
Məlumata görə, “Daşnaksütyun” şəhər komitəsinin üzvü Arsen Martoyan da saxlanılıb və partiya üzvlərinin evlərində axtarış aparılıb. “Daşnaksütyun” partiyasının ali orqanının üzvləri və “Ermənistan” fraksiyasının deputatları da daxil olmaqla saxlanılan şəxslər İrəvan İstintaq İdarəsinə aparılıb.
***09:53
Milli Təhlükəsizlik Xidmətinin qüvvələri Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan deputatı Qeqam Manukyanın evində axtarış aparır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
"Səhər tezdən İstintaq Komitəsi və bir qrup MTN əməkdaşı Daşnaksütyun partiyasının üzvü, Milli Assambleyanın deputatı Qeqam Manukyanın evinə soxulub. Onun evində axtarış aparılır", - nəşr yazır.
İstintaq Komitəsindən hələlik rəsmi məlumat yoxdur. İstintaq hərəkətlərinin səbəbləri açıqlanmır.
Gülayə Mecid