Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.Məmmədzadə yaşadıqları evin həyətində idman alətilə oynayarkən ip onun boynuna dolanıb. Bu zaman yenietmə qız boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov