Ağdamda Minatəmizləmə Agentliyinin əməkdaşı qəzaya düşüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib.
Rayon sakini, 1995-ci il təvəllüdlü Rəsad Əli oğlu Əliyev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil nasazlıq səbəbindən aşıb.
Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.