Gəncədə qadın təmizləyici vasitədən zəhərlənib.

"Unikal"ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. 1997-ci il təvəllüdlü Ş.Ağaverdiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə Ş.Ağaverdiyeva ACE təmizləyici vasitədən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov