Lənkəranda meşə zolağında yanğın baş verib.
"Unikal" xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus olan meşə zolağındaqeydə alınıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.
Əldə etdiyimiz məlumata görə, yanğın təqribən 1 hektar ərazini əhatə edib və əsasən xəzəl yanıb. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Xəlil Əliyev