Ölkəmiz NATO-nun yeni fəaliyyət planını qəbul edə bilərmi?
12:06 04-04-2014
DÜNYA
Ölkəmiz NATO-nun yeni fəaliyyət planını qəbul edə bilərmi?
Politoloqlar bu məsələnin baş tutacağına inanmır, Azərbaycanla Ermənistanın bir mövqedən çıxış etməsini mümkünsüz sayırlar
Rusiyanın Krımı ələ keçirməsindən sonra NATO Şərqi Avropada mövqelərini gücləndirmək üçün fəaliyyət planı qəbul edib.
Bu barədə Virtualaz.org saytı məlumat yayıb. Bildirilir ki, Almaniyanın “Spiegel” jurnalının redaksiyasına NATO-nun Tərəfdaşlıq Komitəsi tərəfindən ötən həftə qəbul edilən, Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın gücləndirilməsinə dair praktiki tədbirləri müəyyən edən “məxfi” qrifli sənəd daxil olub.
Jurnalın yazdığına görə, Qərblə Rusiya arasında “yeni buz dövrünün” başlaması NATO-ya yeni impuls verib. Şimali Atlantika Alyansı Şərqi Avropada daha böyük nüfuza malik olmaq və bununla kifayətlənməyərək Şərqə doğru irəliləməyə can atır. Yeddi səhifədən ibarət məxfi sənəddə deyilir ki, NATO regiondakı müttəfiqlərinə hansı yolla daha yaxşı dəstək vermək yollarını diqqətlə öyrənməlidir.
Sənədə görə, NATO Azərbaycan, Ermənistan və Moldovanı alyansın smart-müdafiə layihələrində iştiraka həvəsləndirəcək. Bura həmin ölkələrə silah satılması, hərbi potensialdan daha yaxşı istifadə olunması üçün bu potensialın birləşdirilməsi və xüsusiləşdirilməsi daxildir. Hər ölkə üzrə ayrıca fəaliyyət planı hazırlanıb. Sənədə görə, Moldovada NATO-nun iştirakı gücləndiriləcək. Azərbaycanla kiber və energetika təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndiriləcək, Ermənistanda isə NATO silahlı qüvvələrə hazırlıq keçəcək. NATO-nun bu planlarının həmin üç ölkə ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil.
Bu xəbər mətbuatda sürətlə yayılıb və maraqla qarşılanıb. Lakin sənədin reallaşdırılacağı çoxlarında şübhə doğurur. Məsələyə politoloq münasibətini öyrəndik.
Politoloq Elxan Şahinoğlu da NATO-nun bu istiqamətdə genişmiqyaslı addımlar atacağına inanmadığını bildirdi. Söylədi ki, deyilənlərin baş tutması üçün ilk növbədə adıçəkilən ölkələr bununla bağlı öz razılıqlarını verməlidirlər: “Təbii ki, qarşı tərəfin istəyi olmadığı təqdirdə, hazırlanan sənəd baş tutmayacaq. Sadalanan ölkələr arasında Moldova NATO ilə əməkdaşlığın genişləndirilməsində xüsusi maraqlıdır. Hətta ola bilər ki, onlar bu istiqamətdə müəyyən addımlar atsınlar. Düzdür, Azərbaycanın özü də müəyyən qədər tərəfdaşlıq etməkdə maraqlıdır. Müdafiə naziri dəyişdikdən sonra yeni müdafiə nazirimiz NATO ilə əməkdaşlığa önəm verib Brüsselə səfər etmişdi. Çox yaxşı haldır ki, NATO-nun “Fərdi tərəfdaşlıq planı” çərçivəsində əməkdaşlıq inkişaf etməkdədir. NATO da ölkəmizlə yaxşı münasibətlərinin olmasını istəyir. Amma bu o demək deyil ki, Azərbaycan NATO-nun hər istədiyini edəcək. Ona da inanmıram ki, NATO və Ermənistan arasında geniş əməkdaşlıq inkişaf edəcək. Çünki işğalçı ölkə BMT-də Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməklə Qərbi narazı salıb. Bundan sonra aydındır ki, Ermənistan özü də NATO ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olmayacaq. Ermənistana müttəfiq kimi baxılması mümkün deyil. Rusiyanın mövqeyinə qaldıqda isə, Azərbaycanın NATO ilə münasibətlərinə görə hər hansı təzyiq göstərəcəyinə inanmıram. Çünki ölkəmiz o quruma üzv deyil, sadəcə əməkdaşlıq edir”.
Əli
Digər Xəbərlər
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 10:12:02
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17