Heydər Əsədov: "Bu mövsümdəki iqlim şərtləri son dövrlərin ən əlverişsiz ili olub"
07:33 14-07-2014
CƏMİYYƏT
Heydər Əsədov: "Bu mövsümdəki iqlim şərtləri son dövrlərin ən əlverişsiz ili olub"
Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aqrar sektorda görülən işlər haqda məlumat verib.
Nazir qeyd edib ki, bu mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olub. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olub. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxıb.
"Dünyanın digər əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın taxıl idxalının 90%-nı həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı əvvəlki ilə nisbətən artıb. Ümumilikdə isə qlobal bazar trendlərinə əsasən buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olub. "FAO ərzaq qiyməti indeksinə", eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, bu ilin iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20% aşağı düşüb. Bir sözlə, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaq", - deyə H. Əsədov qeyd edib.
Digər Xəbərlər
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57