Yeni "soyuq müharibə"nin qalibi kim olacaq?
Bu nə ABŞ-dır, nə də ki Rusiya
Rusiya prezidenti Vladimir Putinin "Valday" diskussiya klubunun Soçidə keçirilən toplantısındakı çıxışı heç şübhəsiz ki, son günlərin ən çox müzakirə olunan mövzularından biridir.
publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın "Nezavisimaya Qazeta" nəşrinin baş redaktoru Konstantin Remçukov Putinin çıxışını şərh edib.
Onun şərhindən əvvəl isə Putinin çıxışındakı əsas başlıqları xatırlayaq:
- ABŞ-ın hərəkətləri silahlanma üzərində nəzarət sistemini dağıda bilər.
- Real perspektiv silahlanma üzərində məhdudiyyətlər və nəzarət haqqında müqavilələr sisteminin dağıdılmasıdır. Sözsüz ki, təhlükəli prosesə məhz Amerika Birləşmiş Ştatları başladı, biz başlamadıq.
- Dünya qarşılıqlı maraqların və zəmanətlərin balansı olmadığı bir dövrə yuvarlanır.
- Rusiya küsməyəcək və kimdənsə nəsə xahiş etməyəcək.
- ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməklə özünün oturduğu budağı kəsir.
- Qlobal işgüzar cəmiyyət Qərb hökumətlərinin görünməmiş təzyiqinə məruz qalır.
- Dünyadakı bir sıra terror təşkilatlarını ABŞ yaradır. Bir vaxtlar bizim həmkarlarımız Sovetlər Birliyi ilə mübarizə üçün Əfqanıstanda möhkəmlənən islam ekstremistlərini maliyyələşdirirdilər. Onlardan daha sonra Taliban və "Əl Qaidə" yarandı. Qərb dəstəkləməsə də, lakin beynəlxalq terrorçuların Rusiya və Mərkəzi Asiya regionuna müdaxiləsinə göz yumdu.
- Sübutlar var ki, bir sıra dünya liderinə qarşı açıq şantajdan istifadə edilir.
- "Böyük qardaş" dünyanı, o cümlədən yaxın həmkarlarını güdmək üçün milyardlar xərcləyir.
-Yaxın Şərqdə terrorizmlə mübarizə aparan ABŞ indi öz siyasətinin nəticələri ilə mübarizə aparır.
Bütün bu fikirlər analitiklər tərəfindən belə dəyərləndirildi ki, Rusiyanın özü də yeni "soyuq müharibə"yə hazırlaşır və bu "müharibə"nin başlanmasını ən azından Qərb qədər istəyir.
"Nezavisimaya Qazeta"nın baş redaktoru K.Remçukov hesab edir ki, Putinin "Valday" diskussiya klubunda etdiyi çıxışıı konseptual xarakteri daşıyırdı. "O, Qərblə Rusiyanın bugünkü münasibətlərinin əsas aspektləri üzrə diqqətlə fikirləşmişdi. Putin öz tərəfdarları və təbliğatçıları üçün arqumentlərin bütün xətlərini verdi. Məsələn, Rusiya hər şeyi düzgün etdi. Amma ABŞ dünyada nə istəyirsə onu da edir, İraqdan Liviyaya, Kosovodan Ukraynaya, Suriyadan İŞİD-ə qədər", - deyə rus nəşrinin rəhbəri bildirir.
K.Remçukov hesab edir, Putinin "Valday" diskussiya klubunun toplantısında çıxışı "ABŞ və Rusiyanın siyasi elitaları bu gün "soyuq müharibə"ni çox istəyir" nəticəsini çıxarmağa imkan verir: "Soyuq müharibə" hər iki tərəf üçün çoxa əlverişlidir. Hərbi sənaye kompleksi sevinir. Ona görə də mənim üçün bu sual daha lazım deyil: biz "soyuq müharibə"yə doğru hərəkət edirikmi? Müharibə artıq bir çox cəbhələrdə fəal gedir. Təssüf ki, bu cəbhələr daha çox olacaq.
Maraqlıdır, bu dəfə kim "soyuq müharibə"dən qalib çıxacaq? Həmişəki kimi Çinmi?"
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43
2024-12-25 13:36:11
2024-12-25 13:32:10
2024-12-25 13:12:02
2024-12-25 13:01:01