Şok! İŞİD-in 5 yaşlı terrorçuları üzə çıxdı
Terrorçu təşkilat azyaşlı uşaqlara təlim keçməyə başlayıb
İŞİD terrorçuları ilə bağlı daha bir şok iddia yayılıb. Belə ki, qruplaşma 5 yaşlı uşaqları toplayır. Onlardan terrorçular hazırlamaq üçün məşqlər keçirir. Bu açıqlamanı BMT baş katinin müavini Valeri Amos verib.
O, dekabrın əvəllərində İŞİD-ın hərbi təhcizatının zəiflədiyini də qeyd etmişdi. Lakin Suriya prezidenti Bəşər Əsəd bunu təkzib edib. O, zəifləmə müşahidə etmədiyini demişdi.
Amosun sözlərinə görə, terrorçu hazırlığı aparılan Rakkadakı düşərgədə 350 beş yaşlı uşaq var. Onlara silahdan atmaq öyrədilir, müxtəlif növ sursatdan və partlayıcıdan istifadə qaydalarından təlim keçirilir.
Artıq bu uşaqlardan döyüş meydanlarında da istifadə edilib.
BMT nümayəndəsi Suriya əhalisinin humanitar vəziyyəti ilə bağlı da həyəcan təbili çalır. Belə ki, bu ölkədə uşaqların təhsili, onların fiziki və seksual zorakılığa məruz qaldığı qeyd edilir.
Başqa bir məlumata görə isə İraq və Suriyanın xeyli ərazisinə nəzarət edən İŞİD terror qruplaşması döyüş meydanlarında yeni və qorxunc üsullardan istifadə etməyə başlayıb. publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD artıq zəhərli əqrəblərdən istifadə edir.
Məlumata görə, terror qruplaşması zəhərli heyvanları balonlara dolduraraq şəhərləri və qəsəbələri bombalayır.
NATO-nun bioloji və kimyəvi silah üzrə keçmiş cavabdeh səlahiyyətlisi Hamiş Bretton-Gordon "bu bir dəlilikdir. İŞİD qorxu saçan silahlar və bunları atacaq cihazlar yaradır. Əqrəb bombaları da qorxu yaradır. Əqrəblər güclü heyvanlardır, kilometrlərlə uzağa atılmasına baxmayaraq, balon partlayan kimi sürətlə yayılırlar. Bəzi əqrəblər olduqca zəhərlidir, amma əsas məqsəd qorxu yaratmaqdır" deyib.
Əqrəb bombasının keçmişi eramızdan əvvəl 198-ci ilə gedib çıxır. O dövrdə iraqlılar bu bombalardan Roma-İran döyüşlərində özlərini romalılardan qorumaq məqsədi ilə istifadə ediblər.
Murad İbrahimli
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
