İsa Qəmbər narazı müsavatçılara təpki göstərdi
09:31 08-05-2015
CƏMİYYƏT
İsa Qəmbər narazı müsavatçılara təpki göstərdi
Keçmiş Hərəkatçı isə Vurğun Əyyuba görə Müsavat rəhbərliyini qınadı
Müsavat Partiyası ətrafında başlanan gərginlik günü-gündən artmaqdadır. Qeyd edək ki, dünən bir qrup müsavatçı Müsavatın qərargahı önündə Arif Hacılının istefası üçün aksiya keçirib. Etirazçılar "Növbədənkənar qurultay keçirilsin", "Müsavat ailə partiyası deyil", "İstefa" şüarları səsləndiriblər. Aksiyada çıxış edənlər partiyada baş verənlərə görə Arif Hacılı ilə yanaşı İsa Qəmbəri də qınayıblar.
"Unikal"ın məlumatına görə, Müsavatın keçmiş başqanı İsa Qəmbər narazıları qarşı sərt təpki göstərib: "Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, hakimiyyətlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu". İ.Qəmbər aksiya iştirakçılarını iqtidarın adamı adlandırıb. Onun sözlərinə görə, hakimiyyət özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında "piketini" təşkil etdi. "Piketdə aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər", - deyə o bildirib.
"Unikal"ın məlumatına görə, tanınmış hərəkatçılardan olan, keçmiş AXC-çi Vaqif Əlisoy da Müsavat Partiyasında baş verənlərə sərt münasibət bildirib. O, Vurğun Əyyuba qarşı sərgilənən bu mövqeyi qətiyyətlə pisləyib: "Artıq bir neçə gündür Vurğun Əyyubun Musavat partiyası üzvülüyündən və şəxsiyyətlərinə dərin hörmət bəslədiyim İbrahim İbrahimlinin, Adil Qeybullanın, Boran Əzizlinin buna etiraz edərək partiya sıralarından istefa vermələri geniş müzakirə edilir. Belə olmasını bir Allah bilir ki , istəməzdim. Adlarını çəkdiyim səxslər elə səxsiyyətlərdir ki, onlar haqqında ancaq xoş sözlər deyə bilərəm. Bu insanlardan Vurğun bəyi tələbəçilikdən, İbrahim bəyi hərakat dövründən, Boran bəyi və həkim Adil bəyi sonralar tanımışam. Onların hər biri Azərbaycanın ən qiymətli və fəxr ediləsi şəxsiyyətləridir. İndi onlar haqda etikadan uzaq adamların rəy bildirməsi şəxsən mənə pis təsir edir. Şəxsən qazi qardaşım, Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin onları, konkret İbrahim bəylə Adil bəyi Musa Qasımlı ilə uğursuz müqayisə etməsi qəbuledilməzdir. Görəsən, Musavatın indiki rəhbərliyi etdiklərı hərəkətlərin və qəbul etdikləri qərarların fərqındədirlərmi?"
Vaqif Əlisoy bir neçə kəlmə də Vurğun Əyyub haqqında fiikrlərini bildirib. Onun sözlərinə görə, AXC iqtıdarının üzağardan simalarından biri və birincisı Vurğun Əyyubdur, ikincisi isə Neft şirkətinin prezidenti Sabit Bağırovdur: "Kimsə bunu dana bilməz. Mən də bunları deməli və yazmalıydım. Bir də bəzi gənclərə deyirəm ki, kimin haqqında danışdığınızın məsuliyyətini dərk edin. Sizin nə təcrübəniz, nə də keçdiyiniz həyat yolu Vurğun bəy kimi millətinə və dövlətinə kişi kimi xidmət etmiş qardaşlarımıza haqq vermir".
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-27 12:34:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18