Məşhur azərbaycanlı müğənni, bəstəkar, prodüser və iş adamı Emin Ağalarov Rusiyanın tanınmış prodüseri Maksim Fadeyevlə birlikdə yeni layihəyə başlayır.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, "U dyadi Maksa" ("Maks dayının yanında") adlı uşaq musiqili restoranı Moskvada sentyabrın 1-də fəaliyyətə başlayacaq.
"Grocus Group" şirkətinin vitse-prezidenti Emin Ağalarovla M.Fadeyev layihəyə 1 milyon dollar yatırıblar. 200 yerlik restoran "Crocus Group"a daxil olan "Vegas Crocus City" ticarət-əyləncə kompleksindəir.
Restoranda orta hesablı çek 1000 rubl olacaq.
Restoranın idarəetməsi ilə "Restaurants by Crocus Group" məşğul olacaq.