Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Fərəh Yaqublu Cənubi Koreya Respublikasının Beynəlxalq Təhsil Mərkəzi (NIIED) tərəfindən təşkil edilmiş tələbələr üçün xüsusi yay proqramına qatılıb.

Unikal.org xəbər verir ki, seçmə turlardan uğurla keçən F.Yaqublu BDU-nu «Korean Government Summer Inventation Program»la Cənubi Koreyada təmsil edib. 19 ölkədən 30 nəfər tələbənin itirak etdiyi proqramın açılışı Cənubi Koreya Respublikasının Beynəlxalq Təhsil Mərkəzində baş tutub. Tələbələr proqram müddətində məşhur Keonbokkun sarayını, Koreya Mill, eyni zamanda Qoncu və Çoncu ənənəvi kənd muzeyini ziyarət edib, Çunqnam, Sanmun və KAIST Universitetlərində olub, Taekvondo, Koreya dili və Dünya iqtisadiyyatı dərslərində iştirak ediblər.

Lotos və Buryonq (palçıq) festivallarına qatılan tələbələr istirahət günlərində koreyalı ailələr tərəfindən qonaq ediliblər.

BDU tələbəsi Cənubi Koreyada yay proqramına qatılıb
BDU tələbəsi Cənubi Koreyada yay proqramına qatılıb
BDU tələbəsi Cənubi Koreyada yay proqramına qatılıb