Cəlilabad rayonunda özünü saytın təsisçi-redaktoru kimi təqdim edən şəxs qadını döydüyünə görə tutulub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayon sakini Əfqan
Sadıqov şəxsi münasibətlər zəminində Qarazəncir kənd sakini Aliyə Əşrəf
qızı Zeynalovanı döyüb. Vəziyyəti ağırlaşan qadın Cəlilabad Rayon
Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, A.Zeynalovanın vəziyyəti ağırdır. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşırma aparılır.