Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah
Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının
alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər
üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanıb.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
E. Sultanov bildirib ki, hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.