Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan millət vəkili Çetin Arık autizm xəstəsi olan qızı Tuğçeni parlamentin iclasına gətirməklə belə uşaqların təhsil problemlərinə diqqət çəkib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, millət vəkili ölkədə autizm uşaqlarının təhsili ilə bağlı çox ciddi çatışmazlıqların olduğunu vurğulayıb. Xüsusən, uşaqlara dərs deyəcək müəllimlərin olmamasına toxunub.