"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronaldu ilə aralarında yaranmış gərginliyə münasibət bildirib.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçu ilə münasibətlərinin normal olduğunu bildirib. Fransalı mütəxəssis təkcə Ronaldunun yox, bütün futbolçuların əvəzləndiyi zaman əsəbləşdiyini vurğulayıb:

""Borussiya" ilə Çempionlar Liqasındakı qarşıdakı görüşü düşündüyüm üçün Ronaldunu əvəzlədim. Mən onun xeyrinə qərar qəbul etdim. Bu barədə çox şey danışdılar. Ancaq biz belə şeylərə öyrəşməliyik. Mən axmaq deyiləm, Ronaldu da ağıllıdr. Biz burada eyni hədəflərə görə çalışırıq".

Qeyd edək ki, K.Ronaldunun La Liqanın 6-cı turunda "Las Palmas"la oyunun 72-ci dəqiqəsində əvəzləndiyi üçün baş məşqçisi Zinəddin Zidana "Fahişə oğlu" dediyi iddia edilib. Bundan başqa, portuqaliyalı hücumçunun Zidandan klub prezidenti Florentino Peresə şikayət etdiyi barədə məlumat yayılıb.