"Feyenord"un 36 yaşlı hücumçusu Dirk Kuyt karyerasını başa vurmaq istəmədiyinə işarə vurub.
Unikal.org xəbər verir ki, holland oyunçu bunları qeyd edib:
"Karyeramın qürub çağı olsa da, bunu hiss etmirəm. Futbol oynamaq xoşuma gəlir və formamı saxlamaq üçün mümkün olanı edirəm. Əvvəlki kimi ambisiyalıyam. Gücüm və oyundan həzz almaq hissim qalana qədər meydana çıxacam.
Müəyyən mənada çıxış etdiyim bütün klublar oxşardır. Rotterdam, Liverpul və İstanbul işgüzar insanların toplaşdığı liman şəhərləridir. Bu, mənim də vizit kartımdır. Zəhmətkeşlik qanımdadır. Taledən şikayət etmək lazım deyil. Bu xüsusiyyətimə görə insanlar mənə minnətdar olub".