Milli Məclisin iclasında söz alan xalq artisti Zeynəb Xanlarova sensasion məzmunlu çıxış edib.
Zeynəb Xanlarova xəbərdarlıq edib:
"Mənim bağım Nardarandadır, ora gedirəm. Camaat çox narahatdır. Biz yenə camaatı qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, orda evlər tikilir. Mən dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı yox, zadı yox… Camaat ağlayır ki, hər şeyi bizim əlıimizdən alıblar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarları dağıtsınlar? Bilmirəm kimin villasıdır. Mən qorxuram ki, camaat ayağa qalxar. Nardaran camaatı sən öləsənə, mən öləsənə baxmır e… Mən istəmirəm ki, belə olsun. Əvvəldən deyirəm, sabah bir şey olsa… Qoy Nardaran camaatı da eşitsin. Mən sözümü dedim".

Elvin